7 avqust 2011 23:20
Almaniya çempionatı Bayern də məğlubiyyətlə başladı (YENİLƏNİB)
Almaniya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünün ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
Açılış oyununda son Almaniya çempionu Dortmund “Borussia”sı doğma divarlar arasında “Hamburger”lə qarşılaşıb. Meydan sahibləri inamlı qələbəyə seviniblər.
İkinci oyun günündə isə daha çox "Stuttgart"ın doğma meydanda "Schalke"ni darmadağın etməsi diqqətçəkən olub. "Wolfsburg" isə bu uğuru səfərdə qazanıb. "Hannover" və "Werder" də mövsümə qələbəylə başlayıb.
Son oyun günündə isə "Bayer" öz evində "Mainz"a uduzub. "Bayern" isə doğma meydanda Münhenqladbax "Borussia"sına yenilib - 0:1. Bu oyun Münhen klubunun bir sıra rekordlarına son qoyub. Belə ki, komanda 10 ildən - 2001-2002 mövsümünün açılış oyunundan sonra ilk dəfə mövsümə məğlubiyyətlə başlayıb. Maraqlıdı ki, həmin qarşılaşmada da «Bavariya»nı bu gün məğlub olduğu komanda yenmişdi. Bu, "Bayern"in tarixində "Borussia"ya öz evində ikinci məğlubiyyəti olub.
Almaniya Bundesliqası
1-ci tur
5 avqust
Borussia (Dortmund) – Hamburger – 3:1
Qollar: Qrosskroyts, 17; 48, Qotse, 29 – Teşe, 79.
6 avqust
Cologne - Wolfsburg - 0:3
Qollar: Helmes, 17; 90, Şafer, 85.
Augsburg - Freiburg - 2:2
Qollar: Mölders, 54; 81 - Sisse, 48, Makiadi, 56.
Hannover - Hoffenheim - 2:1
Qollar: Şlaudraff, 15, Abdellaoue, 30-pen - Salihovic, 19-pen.
Stuttgart - Schalke - 3:0
Qollar: Kakau, 37, Harnik, 56, Okazaki, 89.
Werder - Kaiserslautern - 2:0
Qollar: Rosenberg, 60; 81.
Hertha - Nurnberg - 0:1
Qol: Pexart, 80.
7 avqust
Mainz - Bayer - 2:0
Qollar: Sami Allaquy, 32. Ömer Toprak, 86-öz qapısına.
Bayern – Borussia (Münhenqladbax) - 0:1
Qol: İqor de Kamarqo, 62.
Qol: İqor de Kamarqo, 62.
