6 avqust 2011 17:56
“Yenidən çempionluq sevinci yaşamaq istəyirik”
"Məşqlərimiz maraqlı keçir. Gündə iki dəfə məşq edirik. Baş məşqçi bununla futbolçuların fiziki hazırlığında olan çatışmazlıqları aradan qaldırmağa çalışır. Bu normaldı. Nə qədər çox işləsək, bir o qədər yaxşıdı".
Azerisport.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Denis Silva klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı futbolçu yenidən çempionluq sevincini yaşamaq istədiyini bildirib:
"İndi hər kəs Premyer Liqanın oyunlarına köklənib. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Hamımız yenidən çempionluq sevinci yaşamaq istəyirik".
