6 avqust 2011 18:52
Mövsümün ilk qolu isveçli forvarddan gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasının yubiley – 20-ci mövsümünün ilk qolunun müəllifi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, çempionatımızın debütantı “Rəvan”ın hücumçusu Con Pelu olub.
Ötən mövsüm “Muğan”ın şərəfini qorumuş İsveç vətəndaşı olan qaradərili forvard həmin birincilikdə az qol vurmamışdı. Lakin onun bu mövsümkü qolu bir çox cəhətlərinə görə tarixə düşüb. Birincisi bu, yeni mövsümdə vurulan ilk qol olub. Eyni zamanda Pelu həm də paytaxt təmsilmçisinin heyətində ilk rəsmi qolunu vurub.
İsveçli forvardın qolu 38-ci dəqiqədə gerçəkləşib. Mövsümün açılış matçının - “Kəpəz” – “Rəvan” qarşılaşmasının məhz həmin dəqiqəsində meydan sahiblərinin süni oyundankənar vəziyyət yaratmaq istəyi bəhrəsiz qalıb.
