6 avqust 2011 20:41
Çempion mövsümə məğlubiyyətlə başladı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında birinci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də üç qarşılaşma keçirilib.
Ötən mövsümün çempionu "Bakı" səfər oyununda "Qəbələ"yə məğlub olub - 1:2. “Simurq” doğma meydanda AZAL-a uduzub. "Neftçi" isə "Qarabağ"ı darmadağın edib.
Əvəzedicilərin çempionatı
1-ci tur
6 avqust
"Qəbələ" - "Bakı" - 2:1
Qollar: Rey Məmmədbəyli, 44, Nuran Qurbanov, 47 - Namiq Ələsgərov, 74.
"Simurq" – AZAL - 1:3
Qollar: Rəşad Eyyubov, 50-pen. - Elgün Abbaslı, 10, Orxan Səfiyaroğlu, 20, Emin Ağaməmmədli, 47.
"Neftçi" - "Qarabağ" - 3:0
Qollar: Ruslan Qurbanov, 8, Ağabala Ramazanov, 31-pen.; 79.
