6 avqust 2011 20:38
Mehman Allahveridyev: Yağış bizə mane oldu
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev futbol üzrə Azərbaycan çempionatının ilk turunda “Rəvan”a qarşı keçirilmiş oyun (3:2) haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, mövsümün ilk oyununu belə şərh edib:
“Etriraf etməliyəm ki, “Rəvan”ın yaxşı komandası var. Onlar texnikalıdılar. Bu gün yağış bizə mane oldu, ancaq uşaqlara göstərdikləri əzmkarlığa görə minnətdar olmalıyam. Bir neçə taktiki dəyişiklik etdik və görüşün gedişini dəyişə bildik”.
