6 avqust 2011 20:50
Bəhmən Həsənov: Qapıçımız qolu Kəpəzə bağışladı
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov futbol üzrə Azərbaycan çempionatının ilk turunda “Kəpəz”ə qarşı keçirilmiş oyun (2:3) haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, mövsümün ilk matçı ilə bağlı bunları dilə gətirib:
“Maraqlı oyun idi. İlk hissədə komandalara bacarığını göstərməyə yağış imkan vermədi. İkinci hissəyə gəldikdə isə, bizə qələbə qazanmaq lazım idi. Heç-heçə də pis nəticə olmazdı, amma buraxılmış üçüncü qol qapıçımız tərəfindən əsl hədiyyə oldu”.
