6 avqust 2011 22:48
"Futbolçularımı tərifləmək istəmirəm"
Premyer Liqanın birinci turunda "İnter" doğma meydanda Tovuzun "Turan" klubunu qəbul etdi. Azerisport.az xəbər verir ki, 1:0 hesablı qələbədən sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bütün müsəlmanları Ramazan ayı münasibəti ilə və azarkeşləri yeni futbol mövsümünün başlanması münasibəti ilə təbrik edirəm. Komandamın bugünkü oyunundan razı qaldım. Hərəkətli komanda idi. Heyətimizdə bəzi təcrübəsiz futbolçularımız var, onlar öz üzərində daha da çalışmalıdırlar. Gənc futbolçular istənilən səviyyədə hazır olsalar, digər oyunlarda da onlara şans verəcəyik. Futbolçularımı tərifləmək istəmirəm. Bir neçə mövqeni gücləndirməliyik, bunu edə bilsək çempionatda daha yaxşı mübarizə apara bilərik”.