6 avqust 2011 22:52
“Süni meydançada oynamaq da bizə əlavə çətinlik yaratdı”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın birinci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının minimal hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Xalqımızı Ramazan ayı münasibəti ilə təbrik edirəm. Bu, çempionatın ilk oyunu idi. Futbolçularımız gəncdilər, xəttlərarası əlaqə və fiziki hazırlıq istənilən səviyyədə deyildi. Süni meydançada oynamaq da bizə əlavə çətinlik yaratdı. Qarşıdakı turlarda daha yaxşı oynamağa çalışacağıq. Qapıçımız təcrübəsizdi, bir-iki futbolçu da transfer etməliyik. Bu, yaxın günlərdə öz həllini tapacaq”.
