6 avqust 2011 23:03
Rednik: 3 futbolçumuz hazırda tibbi baxışdan keçir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Azərbaycan Premyer Liqasının birinci turunun “Sumqayıt Şəhər”lə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bitən görüşlə bağlı bunları dilə gətirib:
“Maccabi” ilə oyundan sonra komandanın vəziyyəti hamıya məlum idi. Üzərimizdə təzyiq vardı. Həmçinin heyətlə bağlı problemlər: çempionata cəmi 16 futbolçu ilə başladıq. Daha üç oyunçumuz hazırda Bakıda tibbi baxışdan keçməkdədi. Yaxın vaxtlarda onları iştirak ərizəsinə salacağıq. “Sumqayıt Şəhər”lə oyunda bizə qələbə lazım idi və buna da nail olduq”.
