6 avqust 2011 23:06
Bernard Raab məğlubiyyətlərindən razı qaldı
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Azərbaycan Premyer Liqasının birinci turunun “Xəzər Lənkəran” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə bitən görüşlə bağlı bunları dilə gətirib:
“Mən çempionatdakı ilk oyunumuzdan və hesabdan razıyam. Bilirdik ki, “Xəzər Lənkəran” güclü rəqibdi və evdə yaxşı oynayır. Bu səbəbdən belə tempə hazır idik. Növbəti turda “Qəbələ” ilə oynayacağıq. Bu oyuna daha yaxşı hazırlaşacağıq”.
