6 avqust 2011 00:14
Xəzər Lənkəran son məşqinə çıxdı
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” avqustun 5-də saat 19:30-da “Fırtınalar meydanı”nda oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komandanın hazırlıq prosesi həmişəki qaydada davam etsə də, məşqin ikinci hissəsində məşqçilər korpusu futbolçuları bu günkü oyun üçün taktiki düzülüşlə tanış ediblər.
Axı “ağ-yaşıllar” bu gün yeni mövsümün açılış turunda “Sumqayıt Şəhər”i qəbul edəcəklər. Komanda son məşqində bu heyətlə hazırlıq keçib: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıxlı, Elnur Allahverdiyev, Elvin Beqiri, Katalin Doman, Eder Bonfim, Elnur Abdullayev, Andrey Mureşan, Rahid Əmirquliyev, Emeka Opara, Adrian Pit, Alim Qurbanov, Şəhriyar Xəlilov, Paolo Pinto, Rokardo Qomeş, Julius Vobay və Zahid Quliyev. (12-ci oyunçu)
