6 avqust 2011 12:18
Vaqif Cavadova yaşıl işıq yandı
Rusiyanın “Volqa” klubu nəhayət ki, yeni futbolçularını rəsmi olaraq sifariş edib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod klubu dövrələrarası fasilədə heyətinə qatdığı 7 futbolçunun adını Rusiya Futbol İttifaqında qeydiyyatdan keçirib.
Onların arasında Vaqif Cavadov da var. Belə ki, klubun rəsmi saytının yaydığı məlumata görə, müdafiəçilər Dani Bondarvla Andrey Yeşenko, yarımmüdafiəçilər Zurabi Arziani, Yanoş Sekeli, Mixail Paseçnyuk, Yevgeni Deqtyarev, eləcə də yeganə hücumçu olan həmyerlimiz artıq bundan sonra Rusiya Premyer Liqasında və kubok oyunlarında meydana problemsiz çıxa biləcək. Onların artıq bu gün 19-cu turun “Rostov”la ev oyununda debüt matçına çıxmaq şansı da var. Xüsusilə Vaqifin.
