6 avqust 2011 00:21
Qəbələnin yarımmüdafiəçisi Serbiya yığmasına çağırıldı
“Qəbələ”nin yarımmüdafiəçisi Veselko Trivunoviç yığmadan dəvət alıb. Azerisport.az xəbər verir ki, bölgə klubunun yeni transferi Serbiya yığmasına çağırılıb.
Qeyd edək ki, serblər avqustun 10-da Rusiya yığması ilə yoldaşlıq görüşü keçirəcəklər. Baş məşqçi Vladimir Petroviç bu qarşılaşmada məhz “Qəbələ”nin orta sahə oyunçusunu da görmək istəyir.
Trivunoviçin isə buna qədər “Qəbələ”də debüt etmək şansı da var. Hər halda onun yeni komandası bazar günü mövsümün ilk turunda “Bakı” ilə qarşılaşacaq.
