6 avqust 2011 12:33
Kəpəz də mövsümə itki ilə başlayacaq
“Kəpəz” yeni mövsümə itki ilə başlayacaq. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisinin aparıcı müdafiəçisi Azər Məmmədov birinci turun “Rəvan”la oyununda komandasına kömək edə bilməyəcək.
Buna təcrübəli futbolçunun zədə alması səbəb olub. Hələlik Məmmədovun yaşıl meydana nə vaxt qayıdacağı dəqiq bilinmir.
Qeyd edək ki, “Kəpəz” – “Rəvan” oyunu sayca 20-ci – yubiley çempionatımızın açılış oyunu olacaq. Qarşılaşma bu gün saat 18:00-da start götürəcək.
