6 avqust 2011 00:33
XL-da 2 oyuna çıxdı, Rumıniyanın 2-ci liqasına getdi
“Xəzər Lənkəran”ın bu yay aldığı futbolçulardan Marius Onofraş artıq özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra “ACSMU Politehnica” klubunda çıxış edəcək.
İaşi şəhərinin təmsilçisi artıq bu futbolçuyla rəsmi müqavilə də bağlayıb. Onofraş Rumıniyanın ikinci liqasında çıxış edən bu komandada ən azı bir mövsüm keçirəcək. Çünki müqavilənin müddəti məhz bu qədər dövrü əhatə edir.
Qeyd edək ki, “Xəzər Lənkəran”a yayda dəvət olunan bu futbolçu komandamızın heyətində Avropa Liqasında cəmi 2 oyun keçirdikdən sonra rəhbərliyin məlum qərarı nəticəsində cənub təmsilçisindən uzaqlaşdırılmışdı.
