7 avqust 2011 21:52

Mərkəzi oyunda sülh, Zaqatalada ilk darmadağın (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, yubiley – 20-ci çempionatın açılış turunun son oyun günündə 2 görüş baş tutub.

Qəbələdə ilk turun ən prinsipial görüşü keçirilib. Yeni mövsümdə qarşısına yüksək hədəflər qoyan Toni Adamsın “Qəbələ”si doğma divarlar arasında çempionluğa oynadığını gizlətməyən Aleksandr Starkovun “Bakı”sı ilə üz-üzə gəlib. Lakin tərəflər qolsuz heç-heçə ilə razılaşmalı olublar. Hesabat turuna Zaqatalada yekun vurulub. Burda yerli “Simurq” AZAL-ı qəbul edib və darmadağın olub.
 
Qeyd edək ki, əslində bu turun mərkəzi qarşılaşması “Neftçi” – “Qarabağ” matçı idi. Amma “Qarabağ”ın Avropa Liqasındakı çıxışı ilə əlaqədar yorğunluğunu nəzərə alan klub rəhbərliyi “Neftçi” ilə oyunun təxirə salınmasına nail oldular. Bu üzdən də açılış turunda cəmi 5 görüş keçiriləcək.

Premyer Liqa
1-ci tur
7 avqust (bazar)
 
SİMURQ - AZAL - 0:3 (0:1)
Qollar: Z.Benuahi, 16 (0:1). Z.Benuahi, 46 (0:2), Rasim Ramaldanov, 90+2-öz qapısına.
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
AZAL topa daha çox nəzarət edən tərəfdi
"Simurq" qol imkanı qazansa da, bundan yararlana bilmir
İbekoyi sarı vərəqə alır
16. Benuahi hesabı açır - 0:1
"Simurq" hesabı bərabərləşdirməyə çalışır, lakin hücumda oyun alınmır
Üstünlük yenə AZAL-ın tərəfindədi
39-cu dəqiqədə Viktor İqbekoyi qırmızı vərəqə alaraq meydandan qovulur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Benuahi dublunu rəsmiləşdirir - 0:2
Benuahi het-trikini rəsmiləşdirməyə yaxın olsa da, zərbəsi yan keçir
Zaqatalada əsl leysan gedir. Bu üzdən hətta azarkeşlər də stadionu tərk etməyə başlayıblar
Arenada cəmi 30-40 azarkeş qalıb
Futbolçular da oynamaqda çətinlik çəkirlər
67-ci dəqiqədə Aleksandr Şemonayev də qırmızı vərəqə alır və heyətlərdə "tarazlıq" yaranır
Elşən Məmmədov rəqib qapıçı ilə üz-üzə qalsa da, qol vurmaq şansını qaçırır
Oyunun son dəqiqələri kifayət qədər sakit keçir
90+2. Rasim Ramaldanov avtoqola imza atır - 0:3
Matç başa çatdı
 
QƏBƏLƏ - BAKI - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
İlk dəqiqələr mövqe mübarizəsinə səhnə olmaqdadı və tərəflər kəsərli hücumlar qura bilmirlər
10. Ehtiyatlı və bir o qədər darıxdırıcı oyunun şahidi olmaqdayıq
15. Qəbələdə artıq yağış başlayıb və bu, güman ki, oyunu da ağırlaşdıracaq
17. Meydan sahiblərinin təhlükəli hücumu zamanı Çertoqanovun zərbəsi azacıq qapıdan yan keçir
19. Daniel Kruzun da zərbəsi qapının üstündən keçir
20. Mendinin baş zərbəsini Şarliya son anda inanılmaz reaksiya ilə çıxara bilir
23. Mendi Bartonu qapıçı ilə üz-üzə çıxarsa da, Deon bu əla şansdan yararlana bilmir
30. İlk yarım saat ərzində hələ ki, "Qəbələ" daha fəal təsir bağışlayır
31. Mahir Şükürovun zərbəsi qapının azacıq yanından keçir
35. Şarliyanın çıxışda səhvindən yararlanan Kruzun başla göndərdiyi top qapı çatından döndü, Mahir isə təkrar zərbə ilə boş qapını nişan ala bilmir
44. Matçın ən fəallarından olan Mendiyə qarşı kobudluğu Denis İvanova sarı vərəqə bahasına başa gəlir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. "Qəbələ" hələ də üstün tərəfdi. Amma bu üstünlüyünü qola çevirə bilmir
56. Bartonun başla zərbəsi qapının azca üstündən keçir
60. Parksın əvəzində meydana F.L.Ramim çıxır
64. Karqbo Dodoya qarşı kobudluğa görə sarı vərəqə alır
65. Soliç meydanı tərk edir və onu Vadim Borets əvəzləyir
75. Deon Barton yerini Murad Hüseynova verir
79. Novruz Məmmədovun uzaqdan zərbəsini Doroşev kornerə çıxarır
80. "Bakı" son dəqiqələrdə daha fəal görünür
83. Novruz Məmmdəv da kobud oyuna görə sarı vərəqə alır
84. Mahirin cərimə zərbəsini son anda Şarliya əla reaksiya ilə qaytarır
87. Verpakovskinin əvəzində Rəhman Hacıyev meydana çıxır
90+2. Dodonun qüvvətli zərbəsi çox təhlükəli alınsa da, dəqiq alınmır
90+3. Dodo sarı vərəqə alır
Matç başa çatdı
 
Birinci turun digər görüşləri ilk oyun günündə keçirilmişdi: "Kəpəz" - "Rəvan" – 3:2, "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" – 2:1, "İnter" - "Turan" – 1:0.
 
Bombardirlər:
2 - Ceyhun Sultanov (Kəpəz), Zohair Benuahi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.