7 avqust 2011 13:22
Onofraş: XL məni çətin vəziyyətdə qoydu
“Xəzər Lənkəran”ın bu yay sıralarına qatdığı və qısa zamanda da yollarını ayırdığı rumıniyalı yarımmüdafiəçi Marius Onofraş üzləşdiyi vəziyyətlə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında cənub təmsilçisindən narazılığını aşağıdakı kimi ifadə edib:
“Avropa Liqasında “Maccabi”yə uduzandan sonra klub rəhbərliyi çox mütəəssir oldu. Bəzi legionerlərlə müqaviləyə xitam verildi. Bu, mənə də təklif olunmuşdu. Müqaviləm 2012-ci ilin may ayına kimi olsa da, razılaşdım. Tsaba Barbeli ilə də bağlı eyni vəziyyət idi. Belə hallar oyunçu üçün yaxşı deyil. Çünki indi yeni klub tapmaq asan deyil. Bir çox komandalar artıq heyətini formalaşdırıb. Mövsümə hazırlıq keçiblər, bəziləri hətta çempionata başlayıb. Lənkərana böyük ümidlərlə getmişdim. Amma indi məni çox vəziyyətə salıblar. Bir neçə variantım var. Yeni komanda tapmağın çətin olduğunu bilsəm də, gözləmək lazımdı”.
Xatırladaq ki, Onofraş artıq Rumıniyanın ikinci liqa klublarından biri ilə anlaşıb.
