7 avqust 2011 01:31

AZAL-ın futbolçusu Kipr klubunda (FOTO)

Şimali Kipr Türk Cumhuriyyətinin "Mağusa Türk Gücü" klubu Azərbaycan Premyer Liqasında top qovan futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, Kipr təmsilçisi AZAL-dan ayrılan Pius İkedia ilə müqavilə imzalayıb.
 
AZAL-la yanaşı indiyədək Hollandiyanın "Ajax", "AZ Alkmaar", "Groningen", "Roosendaal", "Vaalvayk" klublarında çıxış etmiş Pius ötən gün yeni komandası ilə iki illik müqaviləyə imza atıb.

İmza mərasimində çıxış edən "Mağusa Türk Gücü"nün prezidenti Yahya Kurt çempionluq yarışına çıxdıqları mövsümdə komandanın uğurlarına dəstək verəcək futbolçu transfer etdiklərini bildirib. İkedianın Kiprə gəlişinin heç də asan olmadığını bildirən Yahya Kurt dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan dövlətdən transfer təklifi alan futbolçuya bəzi güzəştlərin ediləcəyini deyib.
 
Komandanın baş məşqçisi Hasan Topaloğlu isə dünyaca məşhur bir futbolçu ilə eyni komandada forma geyiniməyin yerli futbolçuları həyacanlandırdığını bildirib.
 
Sonda çıxış edən İkedia dünya futbolundan kənarlaşdırılmış bu gözəl ölkədə bu idman növünün inkişafına dəstək verməyə gəldiyi bildirib.
 
Qeyd edək ki, 31 yaşlı İkedia AZAL-a 2010-cu ildə Hollandiyanın "Roosendaal" klubundan gəlmişdi. O, əvvəllər Nigeriyanın "Bendel", Hollandiyanın "Ajax", "Groningen", "AZ Alkmaar", "Vaalvayk" və Ukraynanın "Metallurg" (Donetsk) klublarında çıxış edib. 31 yaşlı hücumçu Nigeriya yığmasında 15 oyunda 1 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.