7 avqust 2011 01:40
Vaqif Sadıqovun klubu Chelsea`dən oyunçu aldı
Həmyerlimiz Vaqif Sadıqovun da çalışdığı Rusiyanın "Anji" klubu daha bir transfer gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, Mahaçqala təmsilçisi bu dəfə İngiltərənin "Chelsea" klubunda çıxış edən sol cinah müdafiəçisi Yuri Jirkovu transfer edib.
27 yaşlı futbolçu "Anji" ilə 4 illik müqavilə imzalayıb. Həmyerlimizin klubu Jirkovun transferi üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək.
Rusiyalı futbolçunun transferə münasibəti isə belə olub: "Burada çıxış edəcəyim üçün çox xoşbəxtəm. Böyük ehtimalla gələn həftə Moskva "Spartak"ına qarşı oyunda iştirak edəcəyəm. Məni dəstələdikləri üçün hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Jirkov 2009-cu ildə CSKA-dan "Chelsea"yə transfer olunmuşdu.
