8 avqust 2011 02:45
Fransa çempionatı: Sürprizlərlə zəngin başlanğıc (YENİLƏNİB)
Fransa çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünün əksər görüşləri ilk oyun günündə keçirilib.
Son çempion “Lille” yeni mövsümə qələbə ilə başlaya bilməyib. Bu komanda səfərdə “Nancy” ilə xalları yarı bölməli olub. Marsel “Olympique”i də evdə “Sochaux” ilə heç-heçəyə razılaşıb. Lion “Olympique”i isə əksinə səfərdə “Nice” üzərində qələbəyə sevinib. Ən gözlənilməz nəticələrdən biri də Parisdə qeydə alınıb. Bu yay xeyli güclü transferlər həyata keçirən PSG “Lorient”a evdə uduzub. “Brest”in evdə debutant “Evian” üzərində qələbə qazana bilməməsi də gözlənilməz nəticələrdən olub.
Hesabat turuna bu gün keçiriləcək 2 oyunla yekun vurulub. Debütant “Dijon” evdə “Rennes”ə, “Bordeaux” isə “Saint-Etienne”ə uduzub.
Fransa, Liqa 1
1-ci tur
6 avqust
Ajaccio – Toulouse – 0:2
Qollar: Devauks, 45, Maçado, 72.
Brest – Evian – 2:2
Qollar: Qrouqi, 39, Lesoimier – Sorlin, 16, Madi, 19.
Caen – Valenciennes – 1:0
Qollar: Proment, 35.
Olympique (Marsel) – Sochaux – 2:2
Qollar: Qonsales, 38, Remi, 74 – Martin, 58, Nogueira, 71.
Montpellier – Auxerre – 3:1
Qollar: Belhanda, 36, Dernis, 75, Qiroud, 90 – Traore, 45.
Nancy – Lille – 1:1
Qollar: Beria, 61-öz qapısına – Debuşi, 48.
Nice – Olympique (Lion) – 1:3
Qollar: Mounier, 6 – Lisandro, 11, Qomis, 33, Gonalons, 74.
PSG – Lorient – 0:1
Qollar: Quercia, 28.
7 avqust
Dijon - Rennes - 1:5
Qollar: Yovial, 45 - Montano, 34, Feret, 37, Bukari, 51, Mangane, 76, Tettey, 85.
Bordeaux - Saint-Etienne - 1:2
Qollar: Yussi, 56-pen - Ciani, 18-öz qapısına, Aubameyanq, 31.
