7 avqust 2011 14:22
Makedoniya yığması Bakıya itki ilə gəlir
Avqustun 10-da Azərbaycan yığmasının qonağı olacaq Makedoniya yığması itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, yoldaşlıq oyunundakı rəqibimiz Aleksandr Lazevskinin xidmətindən yararlana bilməyəcək.
Buna təcrübəli futbolçunun zədə ilə üzləşməsi səbəb olub. Serbiya “Partizan”ının müdafiəçisi son dövrlər klubunda da zədə səbəbindən komanda yoldaşlarına kömək edə bilmir.
Qeyd edək ki, Azərbaycan və Makedoniya yığmaları arasındakı yoldaşlıq oyunu avqustun 10-da Mərdəkanda – “Dalğa Arena”da keçiriləcək.
