7 avqust 2011 15:11

Elxan Abdullayev AZAL-ın hədəflərini açıqladı

AZAL-ın baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlığından, eləcə də ilk turda qarşılaşacaqları bu günkü “Simurq”la oyundan danışıb.
 
- AZAL Türkiyə toplanışından yenicə dönüb. Yekundan nə dərəcədə razısız?
- Toplanış yaxşı keçdi. Məşq etmək üçün hər cür imkan var idi. Biz həmçinin bir neçə yoldaşlıq oyunları keçirdik. Rəqiblərimiz də pis deyildilər. Bu oyunlar futbolçuları daha yaxından tanımağıma şərait yaratdı. Axı mən baş məşçqçi postuna yenicə gəlmişəm. Bütövlükdə, razıyam.
 
- AZAL-ın avrokuboklardan uzaqlaşmasından sonra komandada sadəcə baş məşqçi dəyişikliyi oldu. Heyətdə isə heç bir dəyişiklik olmadı...
- Əlbəttə, biz Türkiyə toplanışı vaxtı yeni futbolçuları da sınayırdıq. Bəziləri xoşumuza gəlmədi. Amma bəyəndiklərimiz də var idi. Hazırda bir neçə oyunçunu komandaya cəlb etmək haqda düşünürükş Amma hələlik onların adlarını açıqlamaq istəmirəm. Çünki onlarla müqavilə bağlamamışıq.
 
- Avrokuboklarda AZAL-ın ən zəif cəhəti kimi hücum xətti diqqət çəkirdi...
- Biz elə məhz hücum xəttinə futbolçu almaq üçün çalışırıq. Amma bütövlükdə, müdafiə xəttinə də yeni oyunçu alınmalıdı.
 
- Çempionatın startına hazırsız?
- Fikrimcə, hə, hazırıq. Əlbəttə, tam yox. Bəzi çatışmazlıqlarımız var ki, onların üzərində çalışırıq. Amma bütövlükdə çempionata hazırıq.
 
- Qarşıda sizi “Simurq”la oyun gözləyir. Onların baş məşqçisi Sergey Yuran da sizin kimi, debüt matçına çıxacaq...
- Matçdan ancaq qələbə gözləyirəm. Bnuu, bizim statusumuz da zəruri edir. Qələbə qazanmağa sadəcə borcluyuq. Bu mənada birinci oyunda qələbə qazanmaq çox vacibdi. Buna görə də qələbə qazanmalıyıq. Ola bilər ki, kimlərsə bu oyunu sadəcə iki yeni baş məşqçinin dueli kimi dəyərləndirir. Amma bir qədər obyektiv olmaq lazımdı. Yuranın komandası demək olar ki, yeni yaranıb. Bizdə isə heyət hələ mən gəlməmişdən formalaşıb. Yəni ona daha çətin olacaq, nəinki mənə. Şadam ki, “Simurq” yenidən elitada oynayacaq. Amma bizim onları məğlub etməkdən başqa çıxış yolumuz yoxdu. Onları qiymətləndirsək də, məqsədimiz də bəllidi.
 
- Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Qarşımıza ən yüksək hədəflər qoyulub. Mükafatçılar sırasına düşməli və avrokuboklara vəsiqə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.