7 avqust 2011 18:56
Qəbələ stadionunda bayrağımız tərsinə qaldırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunun oyunlarından öncə stadionlarda ölkəmizin üçrəngli bayrağının qaldırılması ənənəsinə Qəbələdə də əməl olunub. Lakin azerisport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda yerləşdirilən Azərbaycan Respublikasının bayrağı heç də düz qaldırılmayıb.
Belə ki, “Qəbələ” – “Bakı” matçından öncə hər iki komandanın kapitanının – müvafiq olaraq Marko Şarliya və Mahir Şükürovun qaldırdığı dövlət bayrağımız tərsinə yerləşdirilib. Yəni göy və yaşıl rənglərin yerləri tərsinə yerləşdirilib.
