7 avqust 2011 20:28
“Komandamız Azərbaycan publikasının xoşuna gələcək”
Makedoniya yığmasının kapitanı Veliçe Şumulikoski baş tutacaq Azərbaycan - Makedoniya yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Komandamızda yaxşı ab-hava var. Azərbaycanla qarşıdakı qarşılaşmaya köklənmişik. Hesab edirəm ki, təcrübə və gəncliyin vəhdəti bu oyunda bütünlüklə bizə kömək edəcək və yerli publikaya da xoş gələcək”, deyə Veliçe Şumulikoski bildirib.
Xatırladaq ki, Azərbaycan - Makedoniya görüşü Avqustun 10-u “Dalğa arena”da keçiriləcək.
