7 avqust 2011 20:33
Mövsümün daha bir ilki rəsmiləşdi
2011-2012 mövsümünün ilk heç-heçəsi qeydə alınıb. Azerisport.az xəbər verir ki, dünən startı verilən mövsümün ilk xal bölgüsü Qəbələdə gerçəkləşib.
Belə ki, Qəbələ şəhər stadionunda baş tutan «Qəbələ» - «Bakı» oyununda hesab açılmayıb. Bu səbəbdən komandalar hərəyə bir xal qazanıb.
Qeyd edək ki, dünən keçirilən «Kəpəz» - «Rəvan» oyununda da mövsümün bir sıra ilkləri qedə alınmışdı. Belə ki, ilk qol vurulmuş, ilk sarı vərəqə, ilk penalti verilmiş, ilk dubl, ilk qələbə və ilk məğlubiyyət qeydə alınmışdı.
