7 avqust 2011 20:52
Toni Adams: Bizim üçün hər şey əla olacaq
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın ilk turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçə ilə bitən matçndan sonra bunları dilə gətirib:
“Komandadan razı qaldım. Oyun və meydança əla idi. “Bakı” çox yaxşı komandadı, çempionatda lider olmağa layiq komandalardandı. Gələcəkdə də belə oyun göstərsək, fikrimcə, bizim üçün hər şey əla olacaq”.
