7 avqust 2011 21:00
Mövsümün ilk qırmızı vərəqəsi AZAL-ın oyunçusuna qismət oldu
Premyer Liqada mövsümün daha bir ilkinə imza atılıb. Azerisport.az xəbər verir ki, 1-ci tur çərçivəsində keçirilən son oyunda – “Simurq” – AZAL görüşündə 2011-2012 mövsümünün ilk qırmızı vərəqəsi göstərilib.
Mövsümün ilk bəxtsizi isə Viktor İbekoyi olub. AZAL-ın afrikalı futbolçusu «Simurq»la qarşılaşmanın 39-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. İlk qırmızı vərəqəni göstərən hakim isə Ramil Diniyev olub.
