7 avqust 2011 22:26
Elxan Abdullayev: Belə halla ilk dəfə idi ki, rastlaşırdım
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın ilk turunun “Simurq” ilə səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Neçə ildir ki, ölkəmizdə işləyirəm, lakin belə halla ilk dəfə idi ki, rastlaşırdım. Rəqibin heyəti və oyunu haqqında məlumatım yox idi. “Simurq” komandası çox xoşuma gəldi. Gələcək oyunlarda uğurlar qazanacağına inanıram. Komandamın oyunundan razıyam. Əsas qalib gəlmək idi, bunu da bacardıq”.
