7 avqust 2011 22:37
Sergey Yuran: İntizamla bağlı problemlər var
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın ilk turunun AZAL ilə səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“AZAL komandasını qələbə ilə təbrik edirəm. Komandamızı 3 həftə ərzində yığmışıq, Premyer Liqada iştirak etməsi belə sual altında idi. Fiziki cəhətdən hazırlıqlı olsaq da, oyun tapşırıqlarını yerinə yetirə bilmədik. İntizamla bağlı müəyyən problemlər var, bunu qarşıda düzəltməyə çalışacağıq”.
