8 avqust 2011 00:04

Premyer Liqada ilklər turu

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tur başa çatdı. Azerisport.az xəbər verir ki, təxirə salınan bir oyunu nəzərə alınmasa, mövsümün ilk turunun yekunlarından danışmağa dəyər.
 
Məlum olduğu kimi, yeni mövsümün açılış turunun ilk 3 qarşılaşması birinci oyun günündə keçirilmişdi. “Kəpəz” “Rəvan”ı, “Xəzər Lənkəran” “Sumqayıt Şəhər”i, “İnter” “Turan”ı məğlub yola salmışdı. Turun ən prinsipial görüşü – “Neftçi” – “Qarabağ” dueli isə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Bu üzdən də son oyun günündə cəmi 2 görüş keçirildi.
 
Elə məhz Azərbaycan derbisinin (“Neftçi” – “Qarabağ”) təxirə salınması səbəbindən ilk turun ən prinsipial və mərkəzi görüşü Qəbələdə baş tutdu. Burda yeni mövsümdə qarşısına yüksək hədəflər qoyan Toni Adamsın “Qəbələ”si çempionluğa oynadığını gizlətməyən Aleksandr Starkovun “Bakı”sı ilə üz-üzə gəldi. Hər iki komanda iddialı olduğundan hər kəs Qəbələdə maraqlı oyun baş tutacağını güman edirdi.

Lakin bu qarşılaşmada 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Beləcə, hər iki iddialı Premyer Liqa klubu yeni mövsümə xal itkisi ilə başlamış oldu. Düzdü, “Qəbələ” oyunda daha yaxşı təsir bağışlayan tərəf olsa da, hər halda “Bakı” da son dəqiqələrdə sərgilədiyi futbolla qələbə istədiyini isbatladı. Amma bütövlükdə çox ehtiyatlı oynamaları tərəflərin 1 xalla kifayətlənməsinə gətirib çıxardı.
 
Yeri gəlmişkən qeyd edək ki, bu, 2011-2012 mövsümünün ilk heç-heçəsi idi. Şənbə günü startı verilən yeni mövsümün ilk xal bölgüsü məhz Qəbələdə gerçəkləşdi.
 
Hesabat turuna Zaqatalada yekun vuruldu. Burda yerli “Simurq” AZAL-ı qəbul edirdi. Qeyd edək ki, Zaqatala klubu məhz “Muğan”ın Premyer Liqada iştirakdan imtinası nəticəsində elitada çıxış etmək imkanı qazandı. Halbuki, bu komanda ötən mövsümün nəticələrinə görə uğursuz çıxış edərək elitanı tərk etmişdi. Lakin salyanlıların “hədiyyə”si nəticəsində geri qayıdan və rusiyalı Sergey Yuranın rəhbərliyi altında yeni komanda yaratmaqla məşğul olan “Simurq” evdə baş tutan ilk matçında sürpriz etmək niyyətində idi.
 
Elə bu komandanın cari mövsümdəki ilk rəqibi AZAL da çempionata yeni baş məşqçiylə başladı. Avropa Liqasındakı uğursuz çıxışdan sonra postundan gedən Nazim Süleymanovun yerinə gətirilən Elxan Abdullayevin “təyyarəçilər”ə nə dərəcədə layiqli olduğunu mövsümün gedişi göstərəcək. Amma onun Premyer Liqadakı debütünün uğurlu alındığını əminliklə demək olar. Benuahinin vurduğu iki qol, eləcə də Rasim Ramaldanovun avtoqolu “təyyarəçilər”ə də mövsümə uğurla başlamaq imkanı verdi. Yeri gəlmişkən, bu, cari mövsümdəki ilk səfər qələbəsi idi.
 
Halbuki, qonaq komanda ilk yarının sonlarında azlıqda qalmışdı və Yuranlı “Simurq”un da uğurlu debütü üçün əla şansı vardı. Gəl ki, 39-cu dəqiqədə rəqib futbolçunun meydandan qovulmasına sevinən, amma bundan yararlana bilməyən meydan sahibləri öncə ikinci hissənin startında Benuahinin dublunu rəsmiləşdirməsinə üzüldülərsə, 67-ci dəqiqədə də özlərinin azlıqda qalmaları ilə sarsıldılar. Matçın son saniyələrində isə AZAL avtoqola sevindi. Beləcə, “Simurq” mövsümdə ilk ev məğlubiyyətinə üzülən komanda oldu.
 
Bu görüşdə Premyer Liqanın yeni mövsümünün daha bir neçə ilkinə imza atıldı. Belə ki, Zaqatalada 2011-2012 mövsümünün ilk qırmızı vərəqəsi göstərildi. Mövsümün ilk bəxtsizi isə Viktor İbekoyi oldu. İlk qırmızı vərəqəni göstərən baş hakim isə Ramil Diniyev oldu ki, o, AZAL-ın oyunçusu ilə yanaşı meydan sahiblərinin üzvü Aleksandr Şemonayevə də eyni şəkildə cəzalandırmaqla diqqət mərkəzinə düşdü. Mövsümün ilk avtoqoluna isə “Simurq”un müdafiəçisi Rasim Ramaldanov üzüldü.
 
Qeyd edək ki, dünən keçirilən “Kəpəz” – “Rəvan” oyununda da mövsümün bir sıra ilkləri qedə alınmışdı. Belə ki, ilk qol vurulmuş, ilk sarı vərəqə, ilk penalti verilmiş, ilk dubl, ilk qələbə və ilk məğlubiyyət qeydə alınmışdı.
 
Premyer Liqa
1-ci tur
7 avqust
 
Qəbələ - Bakı - 0:0
Vərəqələr: Veselko Trivonoviç, 75, Dodo, 90+2 - Denis İvanov, 43, İbrahim Karqbo, 64, Aleksey Savinov, 72, Novruz Məmmədov, 83 – sarı.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xaqani Məmmədov.
7 avqust 2011. Qəbələ şəhər stadionu. 5000 tamaşaçı
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
Qəbələ: 12. Pavel Doroşev, 2. Veselko Trivonoviç, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi, 10. Deon Barton (22. Murad Hüseynov, 75), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 15. Nodar Məmmədov, 16. Abdulkader Kamara, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Toni Adams.
Bakı: 1. Marko Şarliya (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 9. Maris Verpakovski (99. Rəhman Hacıyev, 87), 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks (20. Fabio Luis Ramim, 60), 77. Aleksandar Soliç (4. Vadim Borets, 64).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 15. Cəmşid Məhərrəmov, 19. Nurlan Novruzov, 25. Şəhriyar Əliyev.
Baş məşqçi: Aleksandr Starkov.
 
Simurq - AZAL - 0:3
Qollar: Z.Benuahi, 16 (0:1). Z.Benuahi, 46 (0:2), Rasim Ramaldanov, 90+2-öz qapısına (0:3).
Vərəqələr: Rüstəm Məmmədov, 40, Qərib İbrahimov, 83 - Viktor İbekoyi, 13, Aqil Nəbiyev, 83 – sarı, Aleksandr Şemonayev, 67 - Viktor İbekoyi, 40 – qırmızı.
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
7 avqust 2011. Saat 20:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
Simurq: 32. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 3. Rasim Ramaldanov (k), 13. Aleksandr Şemonayev, 6. Mikayıl Rəhimov (77. Daniel Genov, 59), 2. İlkin Qırtımov, 8. Qərib İbrahimov, 10. Tofiq Mikayılov, 7. Elçin Xəlilov, 9. Əli Bağırov (27. Ramil Sayadov, 71), 28. Yevgeni Şmakov.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 23. Ruhid Usubov, 15. Anar Həsənli, 29. Samir Quliyev.
Baş məşqçi: Sergey Yuran.
AZAL: 12. Cahangir Həsənzadə, 10. Nuqzar Kvirtiya, 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 7. Tərlan Xəlilov, 11. Zohair Benuahi (22. Elgün Abbaslı, 80), 17. Viktor İbekoyi, 88. Ervin Bulku, 20. Mansur Limani, 9. Vüsal Qarayev (19. Hüseyn Axundov, 73), 24. Enyo Krastovçev (8. Elşən Məmmədov, 69).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 3. Usim Nduka, 2. Robert Petrov, 14. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Elxan Abdullayev.
 
Xatırladaq ki, birinci turun digər görüşləri ilk oyun günündə keçirilmişdi: "Kəpəz" - "Rəvan" – 3:2, "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" – 2:1, "İnter" - "Turan" – 1:0.
 
Bombardirlər:
2 - Ceyhun Sultanov (Kəpəz), Zohair Benuahi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.