8 avqust 2011 00:01
Superkubokda super qələbə (VİDEO)
İngiltərə Superkubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Manchester United”lə “Manchester City” üz-üzə gəlib.
Mançester derbisində qapılara 5 qol vurulub. Məşhur “Uembli” stadionunda keçirilən oyuna “Manchester City” yaxşı başlayıb və 38-ci dəqiqədə Leskott hesabı açıb. 45-ci dəqiqədə Edin Dzeko fərqi iki topa çatdırıb. İkinci yarıda özünə gələn “Manchester United” 52-ci dəqiqədə Kris Smallinqin qolu ilə fərqi azaldıb. 6 dəqiqə sonra Nani bərabərliyi təmin edib. Matçın əlavə vaxtında dublunu rəsmiləşdirən Nani kuboku “qırmızı şeytanlar”a qazandırıb.
