7 avqust 2011 11:31

Toni Adams: Bizim vəzifəmiz Neftçi və XL səviyyəsinə çatmaqdı

“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın yeni mövsümünün “Bakı” ilə keçiriləcək ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- London toplanışı komandaya nə qazandırdı?
- Ötən mövsümlə müqayisədə biz bu dəfə mümkün qədər çox yoldaşlıq oyunu keçirmək istəyirdik. Bizə beş sınaq matçına çıxmaq nəsib oldu. Bu oyunlarda yetirmələrimi iş başında görmək imkanı qazandım. Demək olar ki, bütün oyunçular yeni mövsümə hazırdılar. Düzdü, Aleksandr Çertoqanovla Murad Hüseynovun yüngül zədələri var. Amma bütövlükdə onlar da hazırdılar. London toplanışı futbolçular üçün əla fiziki test oldu. Onlar orda həm də yaxşıca gəzə bildilər.
 
- Qrem Smitlə Leonardo Limanın transferinin alınmamasına nə səbəb oldu?
- Lima bir futbolçu kimi məni qane etmədi. Smitə gəlincə, o, həqiqətən yaxşı təsir bağışlayırdı. Amma bizim onsuz da üç qapıçımız var – Pavel Doroşev, Anar Nəzirov, Elnar Kərimov. Daha bir qapıçı almağa ehtiyac duymadıq.

- Yeni mövsümün “Qəbələ” üçün nə dərəcədə önəmli olduğu artıq hamıya aydındı. Bəs qorxmursuz ki, rəhbərliyin ümidlərini doğrultmaya bilərsiz?
- Bu, futboldu. Ola bilər ki, hər şey bizim istədiyimiz kimi getməsin. Mənim qarşıma medalçılar sırasına düşmək, komandanı avrokuboklara çıxarmaq vəzifəsi qoyulub. Bu, baş məşqçi kimi vəzifəmdi. Amma texniki direktor kimi mən həm də komandanın səviyyəsini qaldırmalıyam. Bunun üçün də infrastruktura ciddi fikir veririk. Müasir meydançalar, yeni oyunçuların yetişdirilməsi və s. “Qəbələ” Futbol Akademiyası hərtərəfli işlər aparır.
 
- Qazonun dəyişdirilməsi yetirmələrinizin çıxışına təsir etməyəcək ki? Axı həm də digər stadionlardakı durum tam fərqlidi...
- Bu, müəyyən çətinliklər yada bilər. Zədələr mümkündü. Əvəzində digər klublar bizdə yaxşı şərait görəcəklər. Hər şeyin yaxşı tərəfini düşünmək lazımdı.
 
- Rəqib komandaların yeni mövsümə hazırlığı ilə maraqlanmısız?
- Bizim rəqibləri öyrənmək üçün xüsusi departamentimiz var. Mən onların işinə tam güvənirəm. Bilirəm ki, “Bakı” güclənib, Uinston Parks kimi hücumçunu alıb. Onlar çempion olmaq istəyirlər. Ona görə də belə futbolçular alırlar. Bizim siyasətimiz isə bir qədər fərqlənir. “Qəbələ” gənc komandadı. Bizim vəzifəmiz “Neftçi” və “Xəzər Lənkəran” səviyyəsinə çatmaqdı. Ondan sonra isə onları keçmək haqda düşünərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.