7 avqust 2011 00:16
Sensasiyasız start
Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start verildi. Azerisport.az xəbər verir ki, mövsümün birinci turunun ilk oyun günündə 3 qarşılaşma keçirildi.
Sayca 20-ci – yubiley çempionatımıza Gəncədə start verildi. Burda yerli “Kəpəz” Premyer Liqamızın debütantı “Rəvan”la qarşılaşırdı. Ötən mövsüm birinci divizionda gümüş medallara sahib çıxmaqla elitaya yüksələn paytaxt təmsilçisi demək olar ki, “Muğan”ın bazası əsasında formalaşıb. Salyan klubunun Premyer Liqadan imtina etməsi nəticəsində bu komandanın həm əksər futbolçuları, həm də baş məşqçisi Bəhmən Həsənov “Rəvan”a keçdi. Bakı təmsilçisinin elitadakı debüt matçı isə ötən mövsüm “Gəncə” adı altında çıxış edən “Kəpəz”ə qarsı idi. Hansı ki, çoxları Mehman Allahverdiyevin komandasını cari mövsümün sürpriz kollektivləri qismində görür.
Lakin az qala elə startdaca onun komandası sürprizlə üz-üzə gələcəkdi. Belə ki, iki dəfə hesabda öncə keçən “Rəvan” mövsümün ilk sürprizini rəsmiləşdirə bilərdi. Amma məhz Ceyhun Sultanovun 3 dəqiqəyə vurduğu iki qol hər şeyi dəyişdi. Onun cari mövsümdə imza atdığı ilk dubl “Kəpəz”ə əzmkar qələbə qazandırdı. Yeri gəlmişkən, bu oyun daha bir neçə əlamətlərinə görə tarixə düşdü. Qarşılaşmada hesabı açan Con Pelu yeni mövsümün mövsümün ilk qolunun müəllifi oldu. Bu görüşdə həm də mövsümün ilk penaltisi vuruldu. Zeçeviçin dəqiq yerinə yetirdiyi həmin cərimə zərbəsi “Rəvan”a qələbə qazandırmasa da, tarixə düşdü.
Elitanın daha bir debütantı – “Sumqayıt Şəhər” isə səfərdə son mövsümün gümüş mükafatçısı “Xəzər Lənkəran”ın qonağı idi. Bu komanda bir növ AFFA-nın xeyir-duası ilə, məhz bu qurumun rəsmilərinin təşəbbüsü ilə yaradılıb. Özü də ötən mövsüm birinci divizionun çempionu olmuş “Abşeron”un dağılması nəticəsində. Lakin sevindirici məqam orasındadı ki, komandanın az qala bütün üzvləri aşağı yaş qruplarından üzrə yığmamızın heyətində çıxış edirlər. Gəl ki, Sumqayıt təmsilçisinin debüt matçında mövsümə uğurlu başlanğıc etməsi inandırıcı görünmürdü. Çünki yeni mövsümdə də qarşısına uğurlu çıxış etmək vəzifəsini qoyan “Xəzər Lənkəran” Avropa Liqasındakı uğursuzluğu unutdurmaq üçün doğma azarkeşlərini mütləq qələbə ilə sevindirməliydi. Onlar elə ilk yarıda vurulan iki qolla bu vəzifənin öhdəsindən gəlməyi bacardılar. Düzdü, sumqayıtlılar matçın sonlarında vurduqları qolla bir qədər təəccübləndirsələr də, bu, sadəcə təsəlli xarakterli oldu.
İlk oyun gününün daha bir matçı isə “İnter”lə “Turan” arasında keçirildi. Paytaxt klubu yeni mövsümə demək olar ki, tam fərqli heyətlə başlayıb.. Elə Tovuz təmsilçisi də ötən mövsümlə müqayisədə çox dəyişib. Komanda yeni mövsümə Əsgər Abdullayevin rəhbərliyi altında hazırlaşıb. Heyət tamamilə yenidən qurulub. Bir sözlə daim müdafiə futbolunun əsas tərəfdarlarından hesab olunan Abdullayevin komandasının mövsümə necə başlayacağı maraqla gözlənilirdi. Gözlənildiyi kimi, bu görüşdə elə də çox qol vurulmadı. Qarşılaşmanın yalnız ikinci hissəsində fərqlənən “bankirlər” “Turan”ın sürprizinə imkan vermədilər və mövsümə qələbəylə başladılar.
Premyer Liqa
1-ci tur
Kəpəz - Rəvan - 3:2
Qollar: Con Pelu, 37 (0:1), Junivan Suares, 60 (1:1), Miloş Zeçeviç, 77-pen (1:2), Ceyhun Sultanov, 85 (2:2), Ceyhun Sultanov, 88 (3:2).
Vərəqələr: Ceyhun Sultanov, 57, Junivan Suares, 73, Elşən Poladov, 76 - Con Pelu, 85, Taqim Novruzov, 90+1 – sarı.
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
6 avqust 2011. Gəncə şəhər stadionu. 5200 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
Kəpəz: 88. Elşən Poladov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (8. Armand Feutchine, 59), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 17. Renat Sultanov (9. Xəyal Qarayev, 86), 18. Nikolay Svejintsev, 19. Zaur Əsədov (23. Junivan Suares, 55), 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 7. Asəf Qədiri, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mehman Allahverdiyev
Rəvan: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Reis Klaudiney (18. Samuel Barlay, 80), 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres, (15. Tural Cəlilov, 60), 11. Şerif Suma, 17. Ramazan Abbasov, 87. George Qulordava (20. Kristian Torres, 65).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 13. Fərid Həşimzadə, 14. Elxan Cəbrayılov, 90. Sergey Çernışev.
Baş məşqçi: Bəhmən Həsənov.
Xəzər Lənkəran - Sumqayıt Şəhər - 2:1
Qollar: E.Opara, 33 (1:0), J.Vobay, 42 (2:0), E.Quliyev, 84 (2:1).
Vərəqə: yoxdu.
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
6 avqust 2011. Lənkəran şəhər stadionu. 8000 tamaşaçı
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 7. Katalin Doman, 8. Eder Bonfim, 10. Elnur Abdullayev (18. Alim Qurbanov, 48), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (3. Elvin Begiri, 80), 16. Adrian Pit, 81. Rikardo Qomes, 84. Julius Vobay (23. Şəhriyar Xəlilov, 71).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 44. Fikrət Ulduzlu, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Mirça Rednik.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 2. Slavik Alxasov, 11. Kamil Nurəhmədov, 10. Eşqin Quliyev, 19. Orxan Əliyev (5. Ramil Nuriyev, 90+1), 8. Emin Mustafayev, 7. Rəşad Kərimov (17. Aqil Məmmədov, 61), 90. Eldar Məmmədov (95. Ruslan Nəsirli, 77).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 70. Şamil Camaləddinov, 15. Aleksandr Qross.
Baş məşqçi: Bernard Raab.
İnter - Turan - 1:0
Qol: Elnur Abdulov, 54.
Vərəqələr: Elnur Abdulov, 35, Asif Məmmədov, 88 - Hafiz Əliyev, 19, Ramal Hüseynov, 39 – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsgərov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
6 avqust 2011. Bakı. “Şəfa” stadionu. 500 tamaşaçı
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
İnter: 1. Georgi Lomaya (k), 44. Valeri Abramidze, 10. Asif Mirili, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k), 14. Petar Zlatinov (23. Şəhriyar Rəhimov, 83), 16. Elnur Abdulov (8. Nizami Hacıyev, 58), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Petar Çrappan, 28. Baçana Sxadadze (20. Girt Karlson, 68).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 7. Ruslan Poladov, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan: 30. Ramil Kərimov, 3. Aftandil Hacıyev, 6. Aleksandr Dubileviç, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev (26. Georgi Çediya, 60), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberaşvili, 18. Hafiz Əliyev (25. Martin Kerçev, 29), 20. Azər Məmmədov (15. Namiq Əliyev, 85), 21. Rəşad Orucov, 24. Sergey Artyux.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 5. Ayxan Abbasov, 19. Ruslan Abbasov, 22. Məhərrəm Müslümzadə.
Baş məşqçi: Əsgər Abdullayev.
Birinci turun qalan görüşləri bu gün keçiriləcək: 7 avqust – "Qəbələ" - "Bakı", "Simurq" – AZAL.
Bombardir:
2 - Ceyhun Sultanov (Kəpəz)
