7 avqust 2011 00:24
Ceyhun Sultanov: Biz qələbəyə daha çox layiq idik
“Kəpəz”in yarımmüdafəiçisi Ceyhun Sultanov Azərbaycan Premyer Liqasının ilk turunda “Rəvan”a qarşı keçirilmiş oyun (3:2) haqda fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, mövsümün ilk oyununu belə şərh edib:
“Mən sadəcə “Rəvan”ın müdafiəsinin buraxdığı səhvlərdən yararlanıb qol vurdum. Futbolda belə olur. Rəqibimiz çox yaxşı komanda idi. Onlar mənim çox xoşuma gəldilər. Amma hesab edirəm ki, biz qələbəyə daha çox layiq idik”.
