7 avqust 2011 12:28
Vaqif Cavadov debüt matçından danışdı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Rusiya Premyer Liqasındakı debüt matçından danışıb. Azerisport.az xəbər verir ki, “Volqa”nın şərəfini qoruyan həmyerlimiz “Rostov”la ev oyununda üzləşdikləri 0:1 hesablı məğlubiyyətdən sonra Nijni Novqorod klubunun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Təəssüf ki, “Volqa”da debütüm məğlubiyyətlə nəticələndi. Oyunumu heç vaxt qiymətləndirmirəm. Bu mətbuatın və azarkeşlərin işidi. Hesab edirəm ki, bütün oyunu oynamağa hazıram. Ancaq məni əvəzləmə ilə meydana buraxan məşqçi heyətinin fikrinə hörmətlə yanaşıram. Oyunun sonlarında kobudluq qələbə istəyindən irəli gəlirdi. Hesab edirəm ki, yöndəmsiz qol buraxdıq. Uğur tərəfimizdə deyildi. Biz oyuna yüz faiz kökləndik, ancaq qarşımızda duran əsas vəzifəni - rəqibə qol vurmağı bacarmadıq. Ümid edirəm ki, bunu növbəti oyunda həll edəcəyik. “Rostov” bizdən yaxşı görünmürdü, ancaq uğur qonaqların üzünə güldü”.
