7 avqust 2011 12:41
Neftçinin sabiq üzvü Əlcəzair çempionatında (FOTO)
Azərbaycan çempionu “Neftçi”nin bu yay yollarını ayırdığı Yasin Hima özünə yeni klub tapıb. Azerisport.xəbər verir ki, “ağ-qaralar”ın sabiq əlcəzairli yarımmüdafiəçisi ölkəsinə qayıtmağa üstünlük verib.
Belə ki, o, “ES Setif” klubu ilə anlaşıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Hima "Neftçi"yə son mövsümün qış fasiləsində gəlmişdi. Fransanın "Lion" klubunun yetirməsi olan əlcəzairli futbolçu Azərbaycan klubundan öncə 2005-2006 mövsümünü icarə əsasında Fransanın "Çateaurouks" (27 oyun, 6 qol) klubunda keçirib. 2007-ci ildə İsveçrənin "Aarau" klubuna icarəyə verilib (15 oyun). 2007-2008 Səudiyyə Ərəbistanın "Əl-Vatani" klubunda forma geyinən (25 oyun, 2 qol) 26 yaşlı yarımmüdafiəçi 2008-2010-cu illərdə İçsveçrə "Bellinzona"sının şərəfini qoruyub (51 oyun, 5 qol). Hima iki dəfə Əlcəzair millisinə də çağırılıb.
