8 avqust 2011 13:16

Elçin Məmmədovu Lənkəranda gizli kamerayla çəkiblər

Premyer Liqanın ilk turunda "Fırtınalar meydanı"nda keçirilən "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" oyunu zamanı matçın dördüncü hakimi Elçin Məmmədov azarkeşlərin diqqət mərkəzində olub. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın ev oyunlarında daim stadionun "K" sektorundakı azarkeşlərdən biri oyunboyu Məmmədovun hərəkətlərini həvəskar kamera ilə çəkirmiş.
 
Bu haqda adının açıqlanmasını istəməyən həmin azarkeş məlumat verib: "Elçin Məmmədov "Xəzər Lənkəran"a zərbə vurmaq üçün həmişə xüsusi missiyanı yerinə yetirir. Uzağa getməyək, 2009/10 mövsümüboyu Ağasəlim Mircavadovun rəhbərliyində "Xəzər Lənkəran" ümumilikdə 6-dəfə məğlub olmuşdusa, həmin oyunların 5-də Elçin Məmmədov baş hakim olmuşdu və onun ən çox sarı vərəqə göstərdiyi qapıçı da Kamran Ağayev idi. Mirça Rednikin gəlişindən sonra isə o iş mexanizmində bəzi dəyişikliklər edib dördüncü hakim qismində klubumuza zərbə vurmağa nail olub. İki misalla fikrimi çatdırmağa çalışacağam. "Neftçi" üzərində 4:3 hesablı qələbə ilə bitən kubok oyununda Mirça Rednikin papağını yerə tullaması zamanı güya onun söyüş söyməsi iddiası ilə dördüncü hakim Elçin Məmmədov matçın baş hakimi Anar Salmanova yanlış məlumat vermiş və özü də protokolda bu haqda yazmışdı. Yenə kubok yarışmasının "Bakı" ilə paytaxtda keçirilən cavab oyununda protokola iftira dolu qeydlər edərək guya Mirça Rednikin Azərbaycan xalqını təhqir etməsini iddia etmişdi. Bunları nəzərə alaraq mən də bu mövsümün ilk oyununda Elçini kameranın nişangahında saxladım. Düzü Məmmədov bu oyunda bir şey edə bilmədi, ancaq onu da deyim ki, o, 72 dəqiqə Mirça Redniki izləmişdi. Rednikin az qala hər hərəkətinə elə diqqətlə baxırdı ki, bəzən oyunu da yaddan çıxarırdı". (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.