8 avqust 2011 13:30
Azərbaycanlı oyunçu Nou Kampda (FOTOLAR)
"Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli iyulun 31-dən İspaniyanın Barselona şəhərindədi. Azerisport.az xəbər verir ki, yeniyetmə futbolçumuz dünyanın ən güclü klublarından olan "Barcelona"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edir. Muradbəyli məşqlərlə yanaşı, bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayıb.
