8 avqust 2011 14:08
Con Toşak Bakıya gələsi olmadı
Avqustun 10-da “Dalğa Arena”da millimizin qonağı olacaq Makedoniya yığmasının yeni baş məşqçisi Con Toşak bu oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis Azərbaycanla oyunun onun üçün vacib olduğunu bildirib:
"Makedoniya millisinə baş məşqçi təyin olunduğum üçün özümü xoşbəxt hiss edirəm. Bu vəzifənin məsuliyyətini başa düşürəm və inanıram ki, azarkeşlərin də dəstəyi sayəsində Makedoniya futboluna öz töhfəmi verəcəm.Azərbaycanla oyunu izləmək üçün Bakıya gedə bilməyəcəm. Amma görüşü izləmək şansım olacaq. Bu görüş yoldaşlıq oyunu olsa da, mənim üçün mühüm əhəmiyyət kəsb edir. Çünki həmin oyunda komandamın potensialına bələd olmalıyam. Yalnız bundan sonra AÇ-2012-nin seçmə mərhələsi ilə bağlı planlarımı quracağam".
