8 avqust 2011 14:34
Neftçi sabah yoxlama matçı keçirəcək
Azərbaycan çempionu "Neftçi" sabah yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Böyükağa Hacıyev yetirmələrini çempionat oyunu öncəsi sınamaq qərarına gəlib.
O, komandasını əvəzedici heyətin üzvləri ilə qarşılaşmada sınayacaq. Görüş “Şəfa” stadionunda keçiriləcək.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın açılış turunda oynamadı. Buna səbəb "Qarabağ"la oyunun təxirə salınmasıydı. “Ağ-qaralar” 2-ci tur çərçivəsində keçiriləcək “Rəvan” ilə oyunla yeni mövsümə start verməli olacaq.
