8 avqust 2011 14:47
“Xoşdu ki, mənim qolum komandaya qələbə gətirdi”
“İnter”in gənc futbolçusu Elnur Abdulov “Turan”la matç barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbə qazandığı və yeganə qola imza atdığı görüşlə bağlı bunları dilə gətirib:
“Xoşdu ki, çempionata qələbəylə başlamaq mümkün oldu. Daha da xoşdu ki, mənim qolum komandaya qələbə gətirdi. “Turan” bizə var qüvvəsilə müqavimət göstərdi. Onların meydançanın hər güşəsində mübarizə aparan yaxşı komandaları var. Buna görə də, bizim üçün asan olmadı.
Mənə inanaraq öz oyunumu göstərmək üçün şans verdiyinə görə baş məşqçi Kaxaber Tsxadadzeyə minnətdarlığımı bildirirəm. Qarşıdakı matçlarda da daha yaxşı oynayaraq komandaya fayda vermək istəyirəm”.
