8 avqust 2011 16:12
Mitreski yığmamıza qarşı forma geyə bilər
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi İqor Mitreski Azərbaycan yığmasına qarşı forma geyə bilər. Azerisport.az xəbər verir ki, o, zədə səbəbindən Makedoniya yığmasının heyətinə salınmamışdı.
Amma Mitreskinin zədəsi oyun gününə kimi sağalmış olsa, makedoniyalıların baş məşqçisi vəzifəsini icra edən Boban Babunski onu da meydana buraxa bilər. Çünki İqor hazırda Bakıda bərpa prosesi keçməkdədi və ölkəsinin millisinə qoşulmasında problem olmayacaq.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu avqustun 10-da keçiriləcək.
