8 avqust 2011 16:31
XL-dan ayrılan hücumçu özünə yeni klub tapdı
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Tsaba Borbeli özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, forvard bundan sonra “Braila”nın şərəfini qoruyacaq.
O, artıq yeni komandasının “Dinamo Moreni” ilə yoldaşlıq oyununda (5:1) da çıxış edib. Borbelinin yeni komandası yenicə Rumıniyanın ikinci liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Borbeli “Xəzər Lənkəran”a bu yay gəlmişdi və cəmi iki oyunda (Avropa Liqası çərçivəsində “Maccabi”yə qarşı görüşlərdə) forma geymişdi.
