8 avqust 2011 16:47
Rəvan daha bir forvard aldı (FOTO)
Premyer Liqanın debütantı “Rəvan” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bu, Bertrand Bonqdu.
Kamerunlu futbolçu 1987-ci il təvəllüdlüdü. Hücumçu olan Bertrand indiyə qədər cəmi iki klubda çıxış edib. Bunlar da ölkəsinin “Saham” və “Al-Shamal” komandalarıdı.
Bertrand sözügedən klublarda müvaqif olaraq 11 (2 qol) və 20 oyun (7 qol) keçirib.
