8 avqust 2011 16:56
Neftçi 7 futbolçusunun xidmətindən məhrum oldu
"Neftçi"nin 3 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov Makedoniya yığması ilə "Dalğa Arena"da keçiriləcək yoldaşlıq oyununda iştirak etmək üçün milli komandaya çağırılıblar.
Avqustun 10-da baş tutacaq həmin oyun saat 20:00-da başlanacaq. Flaqmanın daha 4 üzvü isə Azərbaycanın 21 yaşadək yığma komandasına dəvət alıb.
Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyev və Ruslan Qurbanov avqustun 9-da keçiriləcək Estoniya - Azərbaycan yoldaşlıq görüşündə iştirak edəcəklər.
