8 avqust 2011 17:15
Yığma komandamız UEFA-da qonaq oldu
Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması UEFA-nın İsveçrənin Nyon şəhərindəki ofisində qonaq olublar. Azerisport.az xəbər verir ki, komandamız 17 yaşadək futbolçulardan ibarət DÇ-2012-yə hazırlıq çərçivəsində hazırda İsveçrədə təlim-məşq toplanışındadılar.
Komandamızın üzvlərini burda UEFA-nın baş katibi Canni İnfanito qarşılayıb: “UEFA üçün AFFA-nın qadın futbolu ilə bağlı tərəfdaşlığı diqqətdən kənarda qalmayacaq. Biz böyük sevinclə onlara bu sahənin inkişafında kömək edirik”.
Qeyd edək ki, yığmamız Nyonda yalnız məşq keçməyəcək, həm də yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. “Kolovre” stadionunda keçiriləcək oyunlardan birinci avqustun 10-da “Tim Vaud”, digəri isə ayın 12-də İsveçrənin müvafiq yaş qrupundan ibarət yığmaya qarşı olacaq.
Azərbaycan və İsveçrə yığmaları arasındakı oyunu kifayət qədər yüksək səviyyəli qonaqlar da izləyəcək: İnfanito, Məmmədov, UEFA-nın birinci xanımı, qitə futbol qurumunun qadın futbolu üzrə komitəsinin rəhbəri Karen Espelund, eləcə də İsveçrə Futbol Federasiyasının baş katibi Aleks Mişer.
Qeyd edək ki, yığmamızın üzvlərinin İsveçrə və UEFA səfəri ilə bağlı qitə futbol qurumunun rəsmi saytında geniş yazı da dərc olunub.
