8 avqust 2011 17:47
Neftçi 6 futbolçunu icarəyə verdi
"Neftçi" 6 futbolçusunu icarəyə verib. Azerisport.az xəbər verir ki, flaqmanın aşağı yaş qruplarında yetişmiş futbolçular cari mövsümdə "Sumqayıt Şəhər" klubunun heyətində çıxış edəcəklər.
Bunlar Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxasov, Ruslan Tağızadə, Kamil Nurəhmədov və Emil Balayevdi. Onlar icarə əsasında mövsümün sonunadək Sumqayıt təmsilçisinin şərəfini qoruyacaqlar.
"Neftçi"nin bir çox oyunçuları icarə əsasında digər klubların da heyətində iştirak edirlər.
