8 avqust 2011 17:53
Robertas Poşku Bakıya qayıtdı
“İnter”in forvardı Robertas Poşkus Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, litvalı futbolçu yaxın günlərdə rəhbərliklə görüşəcək.
O, “bankirlər”lə münasibətlərini yoluna qoymağa çalışır. Qeyd edək ki, Poşkus müqavilə ilə “İnter”ə məxsus olsa da, baş məşqçi Kaxaber Sxadadze onun xidmətlərində maraqlı deyil.
Robertas heç komandanın yeno mövsümə hazırlıqlarında da iştirak etməyib. Güman ki, Poşkus azad agent statusu almaqla yeni kluba keçməyə çalışacaq.
