8 avqust 2011 11:15

“Azərbaycan mediası mənə Türkiyədəkindən daha çox maraq göstərir”

“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun bu yaxınlarda Serbiyanın “BSK Borce”nin sükanı arxasına keçməsini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, məhz bu münasibətlə o, Türkiyə mətbuatına müsahibə verib. Təcrübəli mütəxəssis söhbət əsnasında Azərbaycandakı günlərindən də tez-tez söz salıb.
 
- Serbiya futbolu Naci Şensoyu necə kəşf etdi?
- 1996-1997 mövsümündə “Fenerbahçe”də Todor Veselinoviçin köməkçisi olmağım, son illərdə Azərbaycan və Bolqarıstan çempionatlarında çalışmağım serblərin diqqətini çəkmiş ola bilər. Bolqarıstanda hər il elitada qalmaq uğrunda mübarizə aparan “Pirin”lə 2009-10 mövsümündə kubokun finalına çıxdıq. Bundan başqa 3 mövsüm Azərbaycanda çalışıb, ən yüksək məşqçilik kateqoriyasını almağımın da önəmi çoxdu.
 
- Serbiya kimi milliyətçi bir ölkədə türk və müsəlman olaraq çalışmaq necə duyğudu? Üzərinizdə bir basqı hiss edirsizmi?
- Sovetler Birliyinin dağılmasından sonra Avropada milliyətçilik rüzgarları daha sərt əsməyə başladı. Təəssüf ki, bu olaylar futboldan da yan keçmir. Köhnə Yuqoslaviyada yaşananları hamımız çox yaxşı xatırlayırıq. Amma bu ana qədər Serbiyada hansısa milliyətçilik olayı ilə qarşılaşmamışam. Gənçlik illərimdə Yuqoslaviya çempionatında futbol oynayıb, onların dillərini gözəl bilməyim də əsas üstünlüklərimdəndi.
 
- Serbiya klubunun sükanı arxasına keçməyiniz heç Türkiyə mətbuatında o qədər də işıqlandırılmadı. Bunun səbəbləri sizcə nədədi?
- Bu mövzuda açıq danışmaq istəyirəm: Türkiyə mətbuatından küsmüşəm. Bolqarıstan və Azərbaycandaki uğurlarımın görməməzliyə vurmaq kimlərin işinə yarayır bilmirəm. Ancak adlı-sanlı hansısa məşqçimiz Bolqarıstan kubokunun finalında oynasaydı, yer yerinden oynayardı. İnanın ki, Azərbaycan mediyası mənə Türkiyə mətbuatından daha çox maraq göstərir. "Bizde çalışan Naci Şensoy Bolqarıstanda uğurları sıralayır” kimi xəbərlərlə mənə dəstək verirdilər. İnşallah, gələcəkdə lazımi diqqəti görərəm.
 
- PRO kateqoriyası alsaz da, hələ də Superliqa klublarında çalışmamız…
- Məncə, Superliqada çalışan məşqçilərdən heç bir əskiyim yoxdu, əkisnə artığım var. Çünki Türkiyədə ilk UEFA-PRO lisenziyasını 5 il öncə mən aldım. Bizimkilər isə hələ indi bu yola çıxmağa başlayıblar. Bundan əlavə universitet məzunuyam. Çox yaxşı ingiliscə, eləcə də daha əlavə 3 dil bilirəm. Ən önəmlisi də beynəlxalq təcrübəyə sahibəm. Bolqarıstan və Azərbaycanda illərcə çalışdım. İndi də Serbiyada çalışıram. Türkiyə Superliqasında məşqçilik etmək üçün daha nə edə bilərəm ki?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.