8 avqust 2011 11:51
Elxan Məmmədov futbol oynadı (FOTOREPORTAJ)
AFFA Futbol Mərkəzində yerləşən çimərlik futbolu stadionunda AFFA, Milli Olimpiya Komitəsi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə mini-turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnir 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının təbliği məqsədilə təşkil olunub. 6 komandanın mübarizə apardığı yarışın qalibi adını mətbuat nümayəndələrindən təşkil olunmuş komanda qazanıb. Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
